“Erkən Uduş” Topaz-ın təqdim etdiyi yeni mərc növlərindən biridir.
Artıq qələbə yazdığınız komanda oyun ərzində 2 top fərqi ilə önə keçdiyi anda həmin oyun uduşlu sayılacaq. Erkən Uduş-la 1X2 seçimini edərək müxtəlif əmsallarla oyun nəticəsini gözləmədən qalib gələ bilərsiniz. Bu o deməkdir ki, adi qaydada qələbəsini seçdiyiniz komanda yekun hesabda qalib gəldikdə oyun uduşlu sayılırdı. Ancaq “Erkən Uduş” ilə seçim etdikdə, normal qələbə ilə yanaşı həm də oyun ərzində qələbəsini seçdiyiniz komanda 2 top fərqi ilə önə keçdiyi anda artıq oyun uduşlu sayılır.
Nümunə: Real Madrid – Barselona oyununda Erkən Uduş ilə Real Madrid-ə qələbə yazmısınız.
Bu misala əsasən aşağıdakı hallarda oyun uduşlu hesab olunur:
• Oyun başa çatmamış, oyunun istənilən anında Real Madrid 2:0, 3:1, 4:2 və s. kimi 2 top fərqi ilə önə keçdiyi anda oyun artıq uduşlu sayılır. Daha sonra oyun 2:2, 2:3 və s. kimi hesabla yekunlaşarsa belə bunun uduşa heç bir təsiri yoxdur. Çünki siz 2 top fərqi ilə Erkən Uduş-u seçmisiniz;
• Əgər oyun ərzində Real Madrid 2 top fərqi ilə önə keçmirsə, amma yekunda 1:0, 2:1, 3:2 və s. kimi 1 top fərqi ilə qalib gəlirsə, bu zaman da sizin yazdığınız oyun uduşlu sayılır.
Xüsusi qeyd: “Erkən Uduş” mərc növü ilə “Fora”nı səhv salmamaq lazımdır. “Erkən Uduş” yazdığınız oyunda qələbə yazdığınız komanda yekun hesabda 1 top fərqi ilə qələbə qazandığı halda belə həmin oyun uduşlu sayılır.
Bundan əlavə, yaxın gələcəkdə “Erkən Uduş” seçimini 2 top fərqi ilə yanaşı, həmçinin 1 və ya 3 top fərqi ilə də seçmək mümkün olacaq. Yəni, 1 top fərqi ilə “Erkən Uduş” mərcini etdiyiniz komanda oyunda 1:0 hesabı ilə önə keçdiyi anda oyununuz uduşlu hesab olunacaq. Müvafiq olaraq, 3 top fərqi ilə edilən seçim də eyni məntiqlə uduşlu sayılacaq.
Paylaş
