Paylaş
none
TOPAZ+ ÜMUMİ MƏLUMAT “Topaz+” – Topaz tərəfindən istifadəçilərinə platformadakı adi fəaliyyətlərinə görə xal toplamaq, status yüksəltmək, tapşırıqlar yerinə yetirmək, ləqəblər qazanmaq və topladığı xalı Mağazada mükafata çevirmək imkanı verən, ödəniş tələb etməyən proqramdır. “Topaz+” bölməsinə ana səhifədən və Kəşf et səhifəsindən daxil olmaq mümkündür. Bu səhifədə “Topaz+”un bütün bölmələri və işləmə qaydaları izah olunur. ƏSAS QAYDALAR “Topaz+”-da iştirak üçün əlavə qeydiyyat və ya abunəlik tələb olunmur. Hesabı olan istifadəçilər avtomatik iştirakçı sayılır. Bütün istifadəçilər iştirak edə bilər (Operator tərəfindən məhdudlaşdırılan hesablar istisna olmaqla). Xal istifadəçinin saytdakı fəaliyyətinə görə avtomatik və ya hədəflərə qoşulduqdan sonra hesablanır. Bəzi hədəflərdə xallar mərc yerləşdirildiyi anda deyil, mərc nəticələndikdən sonra hesablanır. Mərc müəyyən edilmiş şərtlərə uyğundursa, nəticə təsdiqləndikdən sonra xallar avtomatik olaraq istifadəçinin hesabına əlavə olunur. Xal birbaşa pula çevrilmir. Xalın yeganə xərclənmə yeri Mağazadır. “Topaz+”un tərkib hissələri – aktiv hədəflər, Mağaza məhsulları, Reytinq cədvəli və dövrləri vaxtaşırı yenilənir. XALLAR Xal “Topaz+”un əsas vahididir və iki ayrı istiqamətdə işləyir. 1. Status xalı – istifadəçinin “Topaz+”-da hansı mərhələdə olduğunu müəyyən edir. Toplanır və xərclənmir. 2. Xal balansı – Mağazada mükafat almaq üçün istifadə olunur. Xərclədikcə azalır. Bu iki göstərici ayrı hesablanır. İstifadəçi Mağazada xal xərclədikdə Statusu aşağı düşmür. Nümunə. İstifadəçi Gümüş Statusundadır və balansında 5 000 xal var. Mağazadan 3 000 xala mükafat götürür. Balansında 2 000 xal qalır, Statusu isə dəyişmir – Gümüş olaraq qalır. Xallar yalnız Hədəf tamamlandığı hallarda hesablanır. STATUS Toplanan ümumi xal artdıqca istifadəçinin Statusu yüksəlir. Bu Status istifadəçinin hansı mərhələdə olduğunu göstərir və ardıcıllıqla mərhələlənir. Məsələn: Bürünc → Gümüş → Qızıl. Status aşağıdakılara təsir edir: • Mağazadakı bəzi məhsullar üçün minimum Status tələbi olur. Belə məhsulu almaq üçün yalnız kifayət qədər xalın olması yetərli deyil, həm də tələb olunan mərhələyə çatmaq lazımdır. • Bəzi hədəflər yalnız müəyyən Statusdan sonra açılır. • Status istifadəçinin profilində göstərilir. • Status üçün toplanan xal xərclənmir, ona görə də Mağazadakı xərclər Statusu geri salmır. Nümunə. Bürüncdən Gümüşə keçmək üçün 10 000 xal tələb olunur. İstifadəçi bu xalı həftələr ərzində toplayır. Bu müddətdə Mağazadan hansı məhsulu alır-alsın, 10 000-lik hesablama pozulmur. HƏDƏFLƏR Əlavə mükafatlar üçün xüsusi Hədəflər – Tapşırıqlar mövcuddur. Hər tapşırıqda üç məlumat göstərilir: Şərt (nə etmək lazımdır), Müddət (nə vaxta qədər) və Mükafat (nə verilir). Hədəf növləri: Sadə hədəf – bir addımdan ibarətdir. Nümunə: Bu həftə ən azı 5 mərc etmək. Mərhələli hədəf – bir neçə addımdan ibarətdir, addımlar ardıcıl açılır. Nümunə: 1-ci addım – futbol üzrə mərc. 2-ci addım – basketbol üzrə mərc. 3-cü addım – tennis üzrə mərc. Üç addım tamamlandıqda yekun mükafat verilir. Təkrarlanan hədəf – dövr bitdikdə yenidən açılır. Nümunə: Hər bazar ertəsi yenilənən həftəlik tapşırıq. Hədəflərlə bağlı qaydalar: Hədəflərin bir hissəsi bütün istifadəçilərə, bir hissəsi isə yalnız müəyyən istifadəçi qrupuna göstərilir. Buna görə fərqli istifadəçilərin tapşırıq siyahısı fərqli ola bilər. Bayram və böyük turnir dövrlərində müvəqqəti tapşırıqlar əlavə oluna bilər. Müddət bitdikdə tamamlanmamış tapşırıq bağlanır və mükafat verilmir. Təkrarlanan tapşırıqlar növbəti dövrdə yenidən açılır. Hədəf mükafatı olaraq xal və ya Mağaza məhsulu verilə bilər. Mükafat hər tapşırığın kartında göstərilir. REYTİNQ Reytinq cədvəli istifadəçiləri topladıqları xala görə sıralayır. Sıralama yalnız xal üzrə aparılır. Mərc məbləği, uduş məbləği və ya əmsal ayrıca sıralama meyarı deyil – bunların hamısı toplanan xalın içində əks olunur. Hər sıralamanın öz dövrü olur (məsələn, həftəlik və ya aylıq). Dövr bitdikdə hesablama sıfırdan başlayır. İstifadəçinin öz yeri ilk onluqda olmasa belə, cədvəldə göstərilir. Sıralama bütün istifadəçilər üçün və ya müəyyən istifadəçi qrupu üçün qurula bilər. Reytinq cədvəlinin sıfırlanması xal balansına və Statusa təsir etmir – Reytinq cədvəli ayrıca hesablanır. Nümunə. Həftəlik Reytinq cədvəli bazar ertəsi başlayır, bazar günü bitir. Həftə ərzində toplanan xal sıralamanı müəyyən edir. Yeni həftə başladıqda cədvəl sıfırlanır, lakin istifadəçinin ümumi xal balansı və Statusu olduğu kimi qalır. İstifadəçilər Reytinq cədvəlində müəyyən yerləri tutaraq əlavə mükafatlar qazana bilərlər. MAĞAZA Mağaza toplanan xalın mükafata çevrildiyi bölmədir. Toplanmış xallar sadəcə burada işə yarayır. İşləmə qaydası: 1. İstifadəçi Mağazanı açır. 2. Məhsulu seçir. 3. Xal balansı kifayət edirsə və məhsulun Status tələbinə uyğundursa, məhsulu götürür. 4. Xal balansından müvafiq məbləğ çıxılır. Mağazada təqdim oluna bilən mükafatlar: • Əlavə xallar • Pulsuz mərc • Fiziki məhsullar Mağaza qaydaları: • Bəzi məhsullar üçün minimum Status tələb olunur. Bu tələb məhsulun kartında göstərilir; • Bəzi məhsulların sayı məhduddur. Stok bitdikdə məhsul Mağazadan çıxarılır; • Bəzi məhsullar müvəqqəti olur və yalnız müəyyən tarix aralığında mövcud olur; • Mağazada xal xərclənməsi istifadəçinin Statusuna təsir etmir. TOPAZ+ BÖLMƏSİNƏ GİRİŞ Xal, Status, Aktiv Hədəflər, Reytinq cədvəlindəki yer, Mağaza – hamısı “Topaz+” bölməsində yerləşir. Bölməyə iki yerdən daxil olmaq mümkündür: • Ana səhifə – “Topaz+” bloku vasitəsilə; • Kəşf et səhifəsi – “Topaz+” bölməsi vasitəsilə. Yeni hədəf açıldıqda, Status yüksəldikdə və ya ləqəb qazanıldıqda istifadəçiyə bildiriş göstərilir. TEZ-TEZ VERİLƏN SUALLAR “Topaz+”a qoşulmaq üçün nə tələb olunur? Xüsusi heç nə. Hesabı olan istifadəçilərə xal avtomatik yazılır. Xalı pula çevirmək mümkündürmü? Xeyr. Xal birbaşa pula çevrilmir, yalnız Mağazada mükafata çevrilir. Xalın müddəti bitirmi? Bu, hər dövrün şərtlərində ayrıca göstərilir. Belə bir şərt varsa, “Topaz+” bölməsində qeyd olunur. Mağazada xal xərcləndikdə Status aşağı düşürmü? Xeyr. Status üçün toplanan xal ayrıca sayılır və xərclənmir. Hədəf vaxtında tamamlanmasa nə olur? Müddət bitdikdə tapşırıq bağlanır və mükafat verilmir. Təkrarlanan tapşırıq növbəti dövrdə yenidən açılır. Fərqli istifadəçilərin hədəfləri niyə eyni deyil? Tapşırıqların bir hissəsi yalnız müəyyən istifadəçi qrupuna göstərilir, buna görə siyahılar fərqlənə bilər. Reytinq cədvəli sıfırlandıqda xal itirmi? Xeyr. Reytinq cədvəli ayrıca hesablanır, xal balansı və Status sıfırlanmır. Uduzulan mərcə görə xal yazılırmı? Bəzi hədəflərdə xallar mərc yerləşdirildiyi anda deyil, mərc nəticələndikdən sonra hesablanır. Mərc müəyyən edilmiş şərtlərə uyğundursa, nəticə təsdiqləndikdən sonra xallar avtomatik olaraq istifadəçinin hesabına əlavə olunur.
Paylaş