TOPAZ+
ÜMUMİ MƏLUMAT
“Topaz+” – Topaz tərəfindən istifadəçilərinə platformadakı adi fəaliyyətlərinə görə xal toplamaq, status yüksəltmək, tapşırıqlar yerinə yetirmək, ləqəblər qazanmaq və topladığı xalı Mağazada mükafata çevirmək imkanı verən, ödəniş tələb etməyən proqramdır.
“Topaz+” bölməsinə ana səhifədən və Kəşf et səhifəsindən daxil olmaq mümkündür.
Bu səhifədə “Topaz+”un bütün bölmələri və işləmə qaydaları izah olunur.
ƏSAS QAYDALAR
“Topaz+”-da iştirak üçün əlavə qeydiyyat və ya abunəlik tələb olunmur. Hesabı olan istifadəçilər avtomatik iştirakçı sayılır.
Bütün istifadəçilər iştirak edə bilər (Operator tərəfindən məhdudlaşdırılan hesablar istisna olmaqla).
Xal istifadəçinin saytdakı fəaliyyətinə görə avtomatik və ya hədəflərə qoşulduqdan sonra hesablanır. Bəzi hədəflərdə xallar mərc yerləşdirildiyi anda deyil, mərc nəticələndikdən sonra hesablanır. Mərc müəyyən edilmiş şərtlərə uyğundursa, nəticə təsdiqləndikdən sonra xallar avtomatik olaraq istifadəçinin hesabına əlavə olunur.
Xal birbaşa pula çevrilmir. Xalın yeganə xərclənmə yeri Mağazadır.
“Topaz+”un tərkib hissələri – aktiv hədəflər, Mağaza məhsulları, Reytinq cədvəli və dövrləri vaxtaşırı yenilənir.
XALLAR
Xal “Topaz+”un əsas vahididir və iki ayrı istiqamətdə işləyir.
1. Status xalı – istifadəçinin “Topaz+”-da hansı mərhələdə olduğunu müəyyən edir. Toplanır və xərclənmir.
2. Xal balansı – Mağazada mükafat almaq üçün istifadə olunur. Xərclədikcə azalır.
Bu iki göstərici ayrı hesablanır. İstifadəçi Mağazada xal xərclədikdə Statusu aşağı düşmür.
Nümunə. İstifadəçi Gümüş Statusundadır və balansında 5 000 xal var. Mağazadan 3 000 xala mükafat götürür. Balansında 2 000 xal qalır, Statusu isə dəyişmir – Gümüş olaraq qalır.
Xallar yalnız Hədəf tamamlandığı hallarda hesablanır.
STATUS
Toplanan ümumi xal artdıqca istifadəçinin Statusu yüksəlir. Bu Status istifadəçinin hansı mərhələdə olduğunu göstərir və ardıcıllıqla mərhələlənir. Məsələn: Bürünc → Gümüş → Qızıl.
Status aşağıdakılara təsir edir:
• Mağazadakı bəzi məhsullar üçün minimum Status tələbi olur. Belə məhsulu almaq üçün yalnız kifayət qədər xalın olması yetərli deyil, həm də tələb olunan mərhələyə çatmaq lazımdır.
• Bəzi hədəflər yalnız müəyyən Statusdan sonra açılır.
• Status istifadəçinin profilində göstərilir.
• Status üçün toplanan xal xərclənmir, ona görə də Mağazadakı xərclər Statusu geri salmır.
Nümunə. Bürüncdən Gümüşə keçmək üçün 10 000 xal tələb olunur. İstifadəçi bu xalı həftələr ərzində toplayır. Bu müddətdə Mağazadan hansı məhsulu alır-alsın, 10 000-lik hesablama pozulmur.
HƏDƏFLƏR
Əlavə mükafatlar üçün xüsusi Hədəflər – Tapşırıqlar mövcuddur.
Hər tapşırıqda üç məlumat göstərilir: Şərt (nə etmək lazımdır), Müddət (nə vaxta qədər) və Mükafat (nə verilir).
Hədəf növləri:
Sadə hədəf – bir addımdan ibarətdir.
Nümunə: Bu həftə ən azı 5 mərc etmək.
Mərhələli hədəf – bir neçə addımdan ibarətdir, addımlar ardıcıl açılır.
Nümunə: 1-ci addım – futbol üzrə mərc. 2-ci addım – basketbol üzrə mərc. 3-cü addım – tennis üzrə mərc. Üç addım tamamlandıqda yekun mükafat verilir.
Təkrarlanan hədəf – dövr bitdikdə yenidən açılır.
Nümunə: Hər bazar ertəsi yenilənən həftəlik tapşırıq.
Hədəflərlə bağlı qaydalar:
Hədəflərin bir hissəsi bütün istifadəçilərə, bir hissəsi isə yalnız müəyyən istifadəçi qrupuna göstərilir. Buna görə fərqli istifadəçilərin tapşırıq siyahısı fərqli ola bilər.
Bayram və böyük turnir dövrlərində müvəqqəti tapşırıqlar əlavə oluna bilər.
Müddət bitdikdə tamamlanmamış tapşırıq bağlanır və mükafat verilmir. Təkrarlanan tapşırıqlar növbəti dövrdə yenidən açılır.
Hədəf mükafatı olaraq xal və ya Mağaza məhsulu verilə bilər.
Mükafat hər tapşırığın kartında göstərilir.
REYTİNQ
Reytinq cədvəli istifadəçiləri topladıqları xala görə sıralayır.
Sıralama yalnız xal üzrə aparılır. Mərc məbləği, uduş məbləği və ya əmsal ayrıca sıralama meyarı deyil – bunların hamısı toplanan xalın içində əks olunur.
Hər sıralamanın öz dövrü olur (məsələn, həftəlik və ya aylıq). Dövr bitdikdə hesablama sıfırdan başlayır.
İstifadəçinin öz yeri ilk onluqda olmasa belə, cədvəldə göstərilir.
Sıralama bütün istifadəçilər üçün və ya müəyyən istifadəçi qrupu üçün qurula bilər.
Reytinq cədvəlinin sıfırlanması xal balansına və Statusa təsir etmir – Reytinq cədvəli ayrıca hesablanır.
Nümunə. Həftəlik Reytinq cədvəli bazar ertəsi başlayır, bazar günü bitir. Həftə ərzində toplanan xal sıralamanı müəyyən edir. Yeni həftə başladıqda cədvəl sıfırlanır, lakin istifadəçinin ümumi xal balansı və Statusu olduğu kimi qalır.
İstifadəçilər Reytinq cədvəlində müəyyən yerləri tutaraq əlavə mükafatlar qazana bilərlər.
MAĞAZA
Mağaza toplanan xalın mükafata çevrildiyi bölmədir. Toplanmış xallar sadəcə burada işə yarayır.
İşləmə qaydası:
1. İstifadəçi Mağazanı açır.
2. Məhsulu seçir.
3. Xal balansı kifayət edirsə və məhsulun Status tələbinə uyğundursa, məhsulu götürür.
4. Xal balansından müvafiq məbləğ çıxılır.
Mağazada təqdim oluna bilən mükafatlar:
• Əlavə xallar
• Pulsuz mərc
• Fiziki məhsullar
Mağaza qaydaları:
• Bəzi məhsullar üçün minimum Status tələb olunur. Bu tələb məhsulun kartında göstərilir;
• Bəzi məhsulların sayı məhduddur. Stok bitdikdə məhsul Mağazadan çıxarılır;
• Bəzi məhsullar müvəqqəti olur və yalnız müəyyən tarix aralığında mövcud olur;
• Mağazada xal xərclənməsi istifadəçinin Statusuna təsir etmir.
TOPAZ+ BÖLMƏSİNƏ GİRİŞ
Xal, Status, Aktiv Hədəflər, Reytinq cədvəlindəki yer, Mağaza – hamısı “Topaz+” bölməsində yerləşir.
Bölməyə iki yerdən daxil olmaq mümkündür:
• Ana səhifə – “Topaz+” bloku vasitəsilə;
• Kəşf et səhifəsi – “Topaz+” bölməsi vasitəsilə.
Yeni hədəf açıldıqda, Status yüksəldikdə və ya ləqəb qazanıldıqda istifadəçiyə bildiriş göstərilir.
TEZ-TEZ VERİLƏN SUALLAR
“Topaz+”a qoşulmaq üçün nə tələb olunur?
Xüsusi heç nə. Hesabı olan istifadəçilərə xal avtomatik yazılır.
Xalı pula çevirmək mümkündürmü?
Xeyr. Xal birbaşa pula çevrilmir, yalnız Mağazada mükafata çevrilir.
Xalın müddəti bitirmi?
Bu, hər dövrün şərtlərində ayrıca göstərilir. Belə bir şərt varsa, “Topaz+” bölməsində qeyd olunur.
Mağazada xal xərcləndikdə Status aşağı düşürmü?
Xeyr. Status üçün toplanan xal ayrıca sayılır və xərclənmir.
Hədəf vaxtında tamamlanmasa nə olur?
Müddət bitdikdə tapşırıq bağlanır və mükafat verilmir. Təkrarlanan tapşırıq növbəti dövrdə yenidən açılır.
Fərqli istifadəçilərin hədəfləri niyə eyni deyil?
Tapşırıqların bir hissəsi yalnız müəyyən istifadəçi qrupuna göstərilir, buna görə siyahılar fərqlənə bilər.
Reytinq cədvəli sıfırlandıqda xal itirmi?
Xeyr. Reytinq cədvəli ayrıca hesablanır, xal balansı və Status sıfırlanmır.
Uduzulan mərcə görə xal yazılırmı?
Bəzi hədəflərdə xallar mərc yerləşdirildiyi anda deyil, mərc nəticələndikdən sonra hesablanır. Mərc müəyyən edilmiş şərtlərə uyğundursa, nəticə təsdiqləndikdən sonra xallar avtomatik olaraq istifadəçinin hesabına əlavə olunur.
Daha çox Bu həftə uduzmaq yoxdur!
eTopaz-da eSports Həftəsi başladı:
İlk eSports mərc kuponun uduzarsa, mərc məbləğinin 100%-ni, maksimum 200 Freebet olmaqla geri qazan.
Kampaniya şərtləri:
* Daha əvvəl heç vaxt eSports mərci etməmiş istifadəçilər üçün;
* İlk real pul ilə yerləşdirilən Canlı eSports mərc bileti kampaniyaya daxildir;
* Minimum əmsal tələbi yoxdur.
Qeyd: Qazanılmış Freebet-lər yalnız eSports mərclərində və 7 gün ərzində istifadə oluna bilər.
İndi ilk eSports mərcini et və qazan!
Daha çox İlk Depozitə 15% Kampaniyasının Şərtləri:
1. Free Bet Məbləği:
- İlk depozit məbləğinizin 15%-i qədər free bet əldə edin.
2. Minimum Depozit Məbləği:
- Kampaniyada iştirak etmək üçün minimum depozit məbləği 20 AZN təşkil edir.
3. Uyğunluq:
- Kampaniya yalnız ilk depozit edən yeni istifadəçilər üçün keçərlidir.
4. Free Bet Aktivləşmə Şərti:
- Depozitdən sonra ilk mərcinizi etməlisiniz.
- Bu mərc nəticələndikdən sonra free bet avtomatik olaraq hesabınıza yüklənəcək.
5. Free Bet istifadə Şərtləri:
- Free bet məbləği hissə-hissə oynanıla bilər.
- Free bet-in istifadəsi TƏKLİ və KOMBO kuponlarında mümkündür.
- Free bet mərc etdikdən sonra yalnız qazanc məbləği geri qaytarılır (free bet məbləği geri qaytarılmır).
- Free bet-in istifadə müddəti 14 gündür.
6. Ümumi Şərtlər:
- Bu kampaniya digər kampaniyalarla birləşdirilə bilməz.
- Şirkət kampaniya şərtlərini dəyişdirmək və ya kampaniyanı istənilən zaman ləğv etmək hüququnu özündə saxlayır.
Qeyd: Kampaniyada iştirak edərək istifadəçi şərtləri qəbul etmiş sayılır. Əlavə suallarınız olarsa, müştəri xidmətləri ilə əlaqə saxlayın.
Daha çox “Erkən Uduş” Topaz-ın təqdim etdiyi yeni mərc növlərindən biridir.
Artıq qələbə yazdığınız komanda oyun ərzində 2 top fərqi ilə önə keçdiyi anda həmin oyun uduşlu sayılacaq. Erkən Uduş-la 1X2 seçimini edərək müxtəlif əmsallarla oyun nəticəsini gözləmədən qalib gələ bilərsiniz. Bu o deməkdir ki, adi qaydada qələbəsini seçdiyiniz komanda yekun hesabda qalib gəldikdə oyun uduşlu sayılırdı. Ancaq “Erkən Uduş” ilə seçim etdikdə, normal qələbə ilə yanaşı həm də oyun ərzində qələbəsini seçdiyiniz komanda 2 top fərqi ilə önə keçdiyi anda artıq oyun uduşlu sayılır.
Nümunə: Real Madrid – Barselona oyununda Erkən Uduş ilə Real Madrid-ə qələbə yazmısınız.
Bu misala əsasən aşağıdakı hallarda oyun uduşlu hesab olunur:
• Oyun başa çatmamış, oyunun istənilən anında Real Madrid 2:0, 3:1, 4:2 və s. kimi 2 top fərqi ilə önə keçdiyi anda oyun artıq uduşlu sayılır. Daha sonra oyun 2:2, 2:3 və s. kimi hesabla yekunlaşarsa belə bunun uduşa heç bir təsiri yoxdur. Çünki siz 2 top fərqi ilə Erkən Uduş-u seçmisiniz;
• Əgər oyun ərzində Real Madrid 2 top fərqi ilə önə keçmirsə, amma yekunda 1:0, 2:1, 3:2 və s. kimi 1 top fərqi ilə qalib gəlirsə, bu zaman da sizin yazdığınız oyun uduşlu sayılır.
Xüsusi qeyd: “Erkən Uduş” mərc növü ilə “Fora”nı səhv salmamaq lazımdır. “Erkən Uduş” yazdığınız oyunda qələbə yazdığınız komanda yekun hesabda 1 top fərqi ilə qələbə qazandığı halda belə həmin oyun uduşlu sayılır.
Bundan əlavə, yaxın gələcəkdə “Erkən Uduş” seçimini 2 top fərqi ilə yanaşı, həmçinin 1 və ya 3 top fərqi ilə də seçmək mümkün olacaq. Yəni, 1 top fərqi ilə “Erkən Uduş” mərcini etdiyiniz komanda oyunda 1:0 hesabı ilə önə keçdiyi anda oyununuz uduşlu hesab olunacaq. Müvafiq olaraq, 3 top fərqi ilə edilən seçim də eyni məntiqlə uduşlu sayılacaq.
Daha çox "Həftəlik Keşbek" Kampaniyası!
1. Freebet Məbləği və Hesablanma Şərtləri:
- Həftə ərzində etdiyiniz mərc məbləğlərinin toplamından uduş məbləğiniz çıxılır və uduzduğunuz məbləğə əsasən freebet mükafatı qazanırsınız! Bu məbləğ aşağıdakı kimi hesablanır: Əgər bu fərq,
100 – 499 arası olarsa, məbləğin 5%-i
500 – 999 arası olarsa, məbləğin 7%-i
1000 və yuxarı olarsa, 10%-i
- Maksimum freebet məbləği: 500 AZN.
2. Uyğunluq:
- Kampaniya yalnız real vəsaitlə edilən mərclərə aiddir. Freebet-lə edilən mərclər nəzərə alınmır.
- “Hədəf” kampaniyasına daxil olan istifadəçilər bu kampaniyada iştirak edə bilməz.
- Kampaniya yalnız təsdiqli hesablar üçün nəzərdə tutulmuşdur.
- Həftəlik mərc məbləğiniz hesablanarkən ləğv edilmiş və ya geri ödənilmiş kuponlar nəzərə alınmır.
3. Freebet əldə edilməsi:
- Uduzulan məbləğlər 13 oktyabrdan etibarən hesablanmağa başlayacaq.
- Freebet mükafatlarınız hər bazar ertəsi avtomatik olaraq hesabınıza yüklənəcək.
4. Freebet istifadə Şərtləri:
- Freebet məbləği hissə-hissə oynanıla bilər.
- Freebet-in istifadəsi TƏKLİ və KOMBO kuponlarında mümkündür.
- Freebet mərc etdikdən sonra yalnız qazanc məbləği geri qaytarılır (freebet məbləği geri qaytarılmır).
- Freebet-in istifadə müddəti 14 gündür.
5. Ümumi Qeydlər:
- İstifadəçinin ilk depozit etdiyi həftə də keşbek bonusu hesablana bilər. Lakin həmin həftə ərzində edilən ilk depozit məbləği ümumi depozit məbləğindən çıxılır. Qalan depozit məbləği 100 AZN-dən çox olduqda istifadəçiyə “Həftəlik Keşbek” bonusu verilir.
- Kampaniyadan hər hansı sui-istifadə hallarına yol verilmir.
- eTopaz kampaniyanin şərtlərini dəyişmək və ya istənilən zaman ləğv etmək hüququnu özündə saxlayır.
Daha çox 